İran rəsmisi ABŞ-yə etibar etmədiyini açıqlayıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə görüşündə ABŞ-nin siyasətini tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rzayi bildirib ki, ABŞ davranışını dəyişməli və Anlaşma Memorandumunun şərtlərinin yerinə yetirilməsi istiqamətində praktiki addımlar atmalıdır.
“ABŞ-yə etibar etmirik və o, davranışını dəyişməlidir”, – deyə Rzayi vurğulayıb.
Asim Munir isə İslamabad Memorandumunun imzalanması üçün Pakistanın göstərdiyi səylərdən danışıb və İranla Pakistan arasındakı qardaşlıq və dostluq münasibətlərini vurğulayıb.
Munirin sözlərinə görə, Pakistan iki ölkənin sərhədlərində təhlükəsizliyin təmin olunması istiqamətində də ciddi səylər göstərib.
23:56 24.08.2026
Oxunuş sayı: 44