Məşhur aktyor vəfat etdi
52 yaşlı aktyor Valeri Stepanov qəfil vəfat edib. Aktyorun ölümünə ürəyində yaranan problemlərin səbəb olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Aktyorun yaxınlarının sözlərinə görə, Valeri Stepanov son vaxtlar ürəyində ağrılardan şikayətlənib. Onun yaxın rəfiqəsi aktyorun heç bir qohumunun olmadığını bildirib.
Aktyorun dostları və həmkarları vida mərasimi və dəfn xərclərinin qarşılanması üçün ianə kampaniyası başladıb. Məlumata görə, tələb olunan vəsait artıq toplanıb və Stepanovun yaxınları onu son mənzilə layiqincə yola salmağa hazırlaşırlar.
Valeri Stepanov Raul Vallenberq adına Xüsusi Pedaqogika və Psixologiya İnstitutunu bitirib. O, “Küçələri qırıq fənərlər”, “İstintaqın sirləri”, “Polis müharibələri”, “Xilas İttifaqı” və “Leninqradı xilas etmək” kimi ekran əsərlərində epizodik rollar canlandırıb.
15:04 24.08.2026
Oxunuş sayı: 57