Bir anda SƏRVƏT tapdı – dənizdən 9 kiloqramlıq...
Maldiv adalarının Unqoofaaru adasında yaşayan sakin dənizdə təxminən 9 kiloqram ağırlığında, ambra bənzəyən qeyri-adi maddə aşkar edib.
Crossmedia.az xəbər verir ki, “The Edition” bu barədə məlumat yayıb.
Məlumata görə, kişi kiçik qayıqla dənizdə hərəkət edərkən suda qəribə bir kütlə görüb. Onu sudan çıxardıqdan sonra tapıntının təxminən 9 kiloqram ağırlığında olduğu müəyyənləşib.
Tapıntının həqiqətən də sperma balinalarının ifraz etdiyi və yüksək qiymətləndirilən ambra olub-olmadığını müəyyənləşdirmək üçün nümunə ekspertizadan keçirilməsi məqsədilə Şri-Lankaya aparılıb.
Bildirilir ki, 9 kiloqram ambra yüz minlərlə dollar dəyərində ola bilər. Maldiv adalarında daha əvvəl də dənizdən belə qiymətli maddələr tapan insanların böyük məbləğdə gəlir əldə etdiyi hallar qeydə alınıb.
11:12 24.08.2026
Oxunuş sayı: 56