Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir
Prezident İlham Əliyevin Özbəkistanla münasibətlərin inkişafına verdiyi xüsusi önəm elmi və təhsil sahəsində əməkdaşlığın genişlənməsində də özünü göstərir. Dövlətimizin başçısının iki ölkə arasında elm, təhsil, innovasiya və mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri Azərbaycan və Özbəkistanın elmi müəssisələri arasında birgə layihələrin, təcrübə mübadiləsinin və qarşılıqlı səfərlərin artmasına mühüm zəmin yaradır. Bu siyasət çərçivəsində MEK də Özbəkistanın kitabxanaları, universitetləri və elmi informasiya qurumları ilə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.
Crossmedia.az xəbər verir ki, bu fikirləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov söyləyib.
Direktor bildirib ki, MEK Özbəkistanın aparıcı kitabxanaları və elmi informasiya qurumları ilə kitab və informasiya mübadiləsi, təcrübə paylaşımı, birgə layihələrin həyata keçirilməsi və müasir kitabxana texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq edir. Ötən il Özbəkistana səfəri çərçivəsində bir sıra tanınmış universitet, kitabxana və elmi müəssisələrdə görüşlər keçirilib, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Səfər zamanı qarşılıqlı əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. Bu baxımdan MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında imzalanmış memorandum, həmçinin Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası ilə də kitab, informasiya və təcrübə mübadiləsi istiqamətində əlaqələr inkişaf etdirilir. MEK-in ev sahibliyi ilə Azərbaycanda Özbəkistan ali təhsil müəssisələrinin üç sərgisi təşkil olunub. Sərgilərdə əsas məqsəd Özbəkistan və Azərbaycan arasında qarşılıqlı tələbə mübadi
Direktor diqqətə çatdırıb ki, MEK-in Akademiklər zalında yerləşən Diplomatik Fondda Özbəkistana həsr olunmuş xüsusi guşə də fəaliyyət göstərir. Guşədə Özbəkistanın tarixi, ədəbiyyatı, mədəniyyəti və elmi irsini əks etdirən nəşrlər təqdim olunur. Bu guşə iki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin kitabxana müstəvisində əks etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müsahibimiz 2025-ci il noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzinin açılış mərasimində iştirakını unudulmaz hadisə kimi dəyərləndirib: “Azərbaycan və Özbəkistan İslam sivilizasiyasının zəngin irsinin formalaşmasına mühüm töhfələr verən ölkələrdəndir. Bu baxımdan İslam Sivilizasiyası Mərkəzinin açılışı yalnız Özbəkistan üçün deyil, bütövlükdə Türk və İslam dünyası üçün əlamətdar tədbirlər ortaq tarixi və mədəni irsimizin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.
MEK-in direktoru qeyd edib ki, Özbəkistanla əməkdaşlıq yalnız kitab və informasiya mübadiləsi ilə məhdudlaşmır: “Məqsədimiz kitabxanalar, universitetlər və elmi müəssisələr arasında əlaqələri daha da genişləndirmək, ortaq elmi-mədəni irsimizin təbliğinə və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir.
Qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə Azərbaycan və Özbəkistan kitabxanaları arasında rəqəmsal resursların, elmi nəşrlərin və kitabxana-informasiya texnologiyaları sahəsində qabaqcıl təcrübənin paylaşılması, eləcə də birgə elmi-mədəni tədbirlərin keçirilməsi mühüm istiqamətlərdən biri olacaq. MEK gələcəkdə də Özbəkistanın kitabxana və elmi müəssisələri ilə əlaqələri genişləndirərək iki ölkənin zəngin elmi və mədəni irsinin təbliğinə töhfə verməyə çalışacaq”. (Azərtac)
20:37 23.08.2026
Oxunuş sayı: 54