Londonda torpağın çökməsi riski rekord həddə çatıb
Londonda ardıcıl beş isti hava dalğası şəhərin böyük hissəsinin üzərində yerləşdiyi gilli torpağı qurudaraq torpağın çökməsi riskini artırıb.
Crossmedia.az xəbər verir ki, Britaniya Sığortaçılar Assosiasiyası (ABI) bu barədə məlumat yayıb.
Assosiasiyanın məlumatına görə, ötən rübdə torpağın çökməsi ilə bağlı sığorta hadisələrinin sayı rekord həddə çatıb.
Belə hallarla bağlı müraciət edən ailələrə orta hesabla 20 min funt sterlinq (27,2 min ABŞ dolları) sığorta ödənişi düşüb. Bu göstərici əvvəlki rüblərin hər birindən yüksək olub.
Məlumata əsasən, torpağın çökməsi ilə bağlı sığorta ödənişlərinin məbləği 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb.
Mütəxəssislər bildirirlər ki, uzunmüddətli isti və quraq hava gilli torpağın qurumasına, bunun nəticəsində isə onun həcminin azalaraq tikililərin təməllərinə təsir göstərməsinə səbəb ola bilər.
13:44 23.08.2026
Oxunuş sayı: 55