Putin Əhməd Kadırovun adının Rusiyanın tarixində əbədi qalacağını bildirib
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun adının ölkə tarixində əbədi həkk olunduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Putin Əhməd Kadırovun anadan olmasının 75-ci ildönümü münasibətilə yayımladığı videomüraciətdə onun Çeçenistan Respublikasının ilk prezidenti və Rusiya Qəhrəmanı olduğunu qeyd edib.
Rusiya lideri Kadırovu güclü iradəyə və xalqına bağlılığa malik şəxs kimi xarakterizə edib və onun Çeçenistanda sülhün bərpasına töhfəsini vurğulayıb.
12:51 23.08.2026
Oxunuş sayı: 62