Tramp Kanadanı sərt tənqid etdi
ABŞ Prezidenti Donald Tramp Kanadanı sərt şəkildə tənqid edərək ölkənin ABŞ-nin ştatı olmadığı halda ştat statusunun üstünlüklərindən yararlanmağa çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
Tramp həmçinin Kanadanın uzun illər ərzində ABŞ fermerlərinə yüksək gömrük tarifləri tətbiq etdiyini iddia edib.
ABŞ Prezidenti bundan sonra belə vəziyyətə yol verilməyəcəyini bildirib.
12:04 23.08.2026
Oxunuş sayı: 56