"İl-114-300" Özbəkistanda 42 dərəcə temperaturda sınaqdan keçirildi
Rusiyanın İl-114-300 regional təyyarəsi Özbəkistanda havanın temperaturunun +42°C-yə çatdığı şəraitdə sınaqlardan uğurla keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Buxara şəhərində keçirilən sınaqlar çərçivəsində təyyarə 22 uçuş həyata keçirib və ümumilikdə 30 saatdan çox havada qalıb.
Sınaqlar zamanı təyyarənin sistemlərinin, həmçinin isti iqlim şəraitində qalxma və enmə imkanlarının fəaliyyəti yoxlanılıb. Beş uğursuz qalxma ssenarisi də sınaqdan keçirilib.
Sınaqlar Rusiyanın “Rostex” dövlət korporasiyasının “Birləşmiş Təyyarə Korporasiyası”na daxil olan İlüşin şirkətinin mütəxəssisləri tərəfindən aparılıb.
12:02 22.08.2026
Oxunuş sayı: 53