ABŞ-nin dövlət borcu rekord həddə çatıb
ABŞ-nin ümumi dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dollar həddini keçib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən bildirilir.
Mütəxəssislər rekord borc səviyyəsinin ölkənin maliyyə dayanıqlılığı ilə bağlı narahatlıqları artırdığını qeyd edirlər. Bildirilir ki, borcun artmasına uzun illər davam edən büdcə kəsirləri, dövlət xərcləri və faiz ödənişlərinin yüksəlməsi təsir edib.
22:15 20.08.2026
Oxunuş sayı: 49