Ağsaqqallar Şurasının sədri: Oranı görməyən türk tarixini bilməz
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Özbəkistanın türk dünyasının tarixi və mədəniyyəti üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Özbəkistanda olmadan türk dünyasını və onun tarixini anlamaq mümkün deyil”, – deyə Yıldırım qeyd edib.
O, gənclərin Daşkənd, Səmərqənd, Buxara, Fərqanə, Namanqan və Əndicanda olmasının, bu torpaqların zəngin tarixi və dəyərləri ilə yaxından tanış olmasının vacibliyini vurğulayıb.
Binəli Yıldırım Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinə də xüsusi diqqət ayıraraq bildirib ki, burada türk xalqlarının İslamı qəbul etməsindən əvvəlki və sonrakı tarixi əks olunur.
21:32 20.08.2026
Oxunuş sayı: 43