Türkiyə İran deyil: İsraildən Netanyahuya kəskin mesaj
İsrailin sabiq Baş naziri Ehud Barak ölkənin hazırkı hökumət başçısı Benyamin Netanyahunu Türkiyə ilə münasibətlərdə gərginliyi bilərəkdən artırmaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Barak bu siyasəti məsuliyyətsiz və axmaq adlandıraraq bildirib ki, Türkiyə İran və ya Bəşər Əsədin Suriyası deyil.
“Türkiyə ilə bağlı ABŞ-lə koordinasiyalı gizli diplomatik təmaslar vasitəsilə həll edilə, yumşaldıla və ya uzunmüddətli perspektivə təxirə salına bilməyəcək heç bir strateji problem yoxdur”, – deyə Barak bildirib.
Onun sözlərinə görə, Netanyahu tamamilə yoldan çıxıb və İsrailin təhlükəsizlik və xarici siyasət sahəsində vurulan zərəri aradan qaldırması uzun vaxt aparacaq.
21:06 20.08.2026
Oxunuş sayı: 47