Rusiyada məktəb hücumu ilə bağlı şübhəli Almaniyada saxlanılıb
Almaniya Federal Prokurorluğunun məlumatına görə, Rusiyada bir məktəblinin öldürülməsinə təhrikdə şübhəli bilinən şəxs saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İttihama əsasən, şübhəli şəxs sağ ekstremist ideologiyanın tərəfdarlarını birləşdirən ən azı iki onlayn icma yaradıb. Bildirilir ki, həmin qruplar vasitəsilə Rusiyada azyaşlı bir şəxsi məktəbdə başqa bir uşağa bıçaqla ölümcül xəsarət yetirməyə sövq ediblər.
Həmçinin iddia olunur ki, şübhəli şəxs həmin çatlarda ABŞ-də bir gəncin öldürülməsinə çağırışlar edib, ABŞ və İsveçdə yaşayan gəncləri avtomobilləri yandırmağa təşviq edib və Avropa ölkələrindən birində yaşayan uşağı özünə xəsarət yetirməyə inandırıb.
19:36 20.08.2026
Oxunuş sayı: 51