Zaxarova: Rusiya üçün yeni təhlükələrə cavab olacaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bir sıra məsələlərə münasibət bildirib.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Zaxarova xaricdə yaşayan Rusiya vətəndaşlarını Dövlət Dumasına seçkilər ərəfəsində təxribatlara uymamağa çağırıb. Onun sözlərinə görə, Rusiyanın xaricdəki əleyhdarları seçkiləri gözdən salmaq məqsədilə etiraz aksiyaları və ekstremist tədbirlər təşkil edə bilər.
Diplomat Ukraynadakı yeni səfərbərlik qaydalarını tənqid edərək, onların ukraynalıları ön cəbhəyə getməyə məcbur etdiyini iddia edib.
Zaxarova Qərb ölkələrini azad söz və fikir müxtəlifliyi prinsiplərinə yanaşmada ikili standartlarda ittiham edib. O, həmçinin Rusiyanın Ukraynanın suverenliyinin yeganə təminatçısı olduğunu bildirib.
Rusiya XİN sözçüsü Almaniyanın “FAZ” nəşrində ruslarla bağlı səsləndirilən fikirləri təxribat adlandırıb və Polşanın yenidən silahlanma siyasətini tənqid edib.
Bundan əlavə, Zaxarova Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Kiyevə yönəltməsini terrorizmə yardım kimi qiymətləndirib. O, Yaponiyanı İkinci Dünya müharibəsi tarixini təhrif etməyi dayandırmağa çağırıb.
Diplomat həmçinin bildirib ki, Rusiya ABŞ və Türkiyədən Ukraynaya Amerika silahlarının Türkiyə ərazisi vasitəsilə ötürülməsi ehtimalı ilə bağlı cavab gözləyir. Onun sözlərinə görə, Ukrayna sərhədini keçən Finlandiya silahları Rusiya üçün qanuni hədəf sayılacaq.
19:30 20.08.2026
Oxunuş sayı: 58