Keçmiş nazir barədə gözlənilməz iddia – Vəzifədən getdikdən 3 gün sonra...
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun vəzifəsindən azad edildikdən üç gün sonra hərbi xidmətdən möhlət aldığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, “UNİAN” bu barədə məlumat yayıb.
İddianı müdafiə sahəsində mümkün qanun pozuntularını araşdıran parlamentin müvəqqəti istintaq komissiyasının sədri, deputat Aleksey Qonçarenko səsləndirib. Onun sözlərinə görə, Fedorov iyulun 18-də “Şərqi Avropa” xeyriyyə fondu vasitəsilə hərbi xidmətdən möhlət əldə edib.
Qonçarenko keçmiş nazirin daha əvvəl 14 aylıq piyada-hücum müqaviləsi ilə bağlı təşəbbüs irəli sürdüyünü xatırladaraq, möhlət məsələsini sual altına alıb.
Fedorov müdafiə naziri olduğu dövrdə səfərbərlik sistemində islahatların tərəfdarı kimi çıxış edib. Onun təklif etdiyi konsepsiyada qısamüddətli hərbi müqavilələrin tətbiqi və hərbi xidmətdən yayınma hallarının qarşısının alınması nəzərdə tutulurdu.
Məlumata görə, “Şərqi Avropa” fondu Corc Sorosun qurumları ilə əlaqələndirilir və fəaliyyəti ilə bağlı daha əvvəl mediada müxtəlif materiallar dərc olunub.
15:02 20.08.2026
Oxunuş sayı: 66