Fəlakətdən sonra Floresdə daha bir zəlzələ baş verdi
İndoneziyanın şərqində yerləşən Flores bölgəsində 5,9 maqnitudalı zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələ avqustun 20-də qeydə alınıb və ocağı 10 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, Flores bölgəsində avqustun 15-də 7,7 maqnitudalı güclü zəlzələ baş vermiş, nəticədə onlarla insan həyatını itirmişdi. Bundan sonra ərazidə çoxsaylı afterşoklar qeydə alınıb.
13:25 20.08.2026
Oxunuş sayı: 72