İran İraq qruplaşmalarının silahlarına nəzarəti nəzərdən keçirir
İran İraq hökuməti ilə İrana yaxın silahlı qruplaşmalar arasında mümkün qarşıdurmanın qarşısını almaq üçün bu qruplaşmaların silahlarının müvəqqəti İrana verilməsi imkanını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf Bağdada səfəri zamanı İraq hökuməti ilə İrana yaxın silahlı qruplaşmalar arasında mümkün münaqişənin qarşısının alınmasına yönəlmiş təşəbbüsləri müzakirə edib.
Müzakirə olunan variantlardan birinin silahların əhəmiyyətli hissəsinin gələcək taleyi ilə bağlı yekun razılaşma əldə edilənədək müvəqqəti olaraq İrana verilməsi olduğu bildirilir.
11:51 20.08.2026
Oxunuş sayı: 45