Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçirilə bilər
Rusiya nümayəndə heyətinin Ukrayna ilə danışıqlardakı rəhbəri Vladimir Medinski İstanbulda danışıqların yenidən bərpa olunması ehtimalına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, o, “Yunaşev Live” Telegram kanalına açıqlamasında bu suala qısa cavab verib: Zaman göstərəcək.
Medinski danışıqların mümkün davamı ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
20:53 19.08.2026
Oxunuş sayı: 45