Paşinyan ordudakı intihar probleminin həlli üçün işçi qrupu yaradıb
Ermənistan Baş naziri Nikol Paşinyan orduda intihar hallarının və qeyri-nizamnamə münasibətlərinin qarşısının alınması məqsədilə işçi qrup yaradıb.
Crossmedia.az ˝Sputnik Armenia˝-a istinadən xəbər verir.
İşçi qrupuna müdafiə, səhiyyə, elm, təhsil, mədəniyyət və idman nazirləri, Baş Qərargah rəisi, Təhlükəsizlik Şurası aparatının rəhbəri, Daxili İşlər Nazirliyi rəhbərinin müavinlərindən biri, Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, hərbi polis rəisi və digər yüksək vəzifəli şəxslər daxil olacaq.
Ümumilikdə qrup 11 nəfərdən ibarət olacaq.
20:30 19.08.2026
Oxunuş sayı: 43