Azərbaycan Britaniya münasibətləri yeni mərhələdə: Sabiq nazir detalları açıqladı
Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Normanın Prezident İlham Əliyevə etimadnaməsini təqdim etməsi iki ölkə arasında diplomatik münasibətlərin gündəliyinə yeni səhifə açıb. Səfirin ilk mesajında strateji tərəfdaşlıq, iqtisadi əlaqələr və təhlükəsizlik sahəsində əməkdaşlığın xüsusi vurğulanması Londonun Bakı ilə münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi kimi diqqət çəkir.
Dunkan Norman Böyük Britaniya və Azərbaycan arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsini əsas hədəflərdən biri kimi qeyd edib. Yeni səfirin fəaliyyət dövründə bu istiqamətlər üzrə əməkdaşlığın hansı məcrada inkişaf edəcəyi və ikitərəfli münasibətlərə hansı yeni imkanların qazandıracağı maraq doğurur.

Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlamasında bildirib ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə fəal şəkildə təmsil olunur:
“Azərbaycan iqtisadiyyatına xeyli sərmayə qoyulub, enerji sektorunda işlər görülüb. Beləliklə, iki ölkə arasında strateji tərəfdaşlıq yaranıb”.
Keçmiş nazirin sözlərinə görə, Böyük Britaniyanın Azərbaycana marağı yalnız iqtisadi sahə ilə məhdudlaşmır. O, təhlükəsizlik məsələlərinin də tərəflər arasında strateji əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb:
“Rəsmi London Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu maraqlar tək iqtisadiyyat yox, həm də enerji sahəsini əhatə edir. Ümumiyyətlə, qonşularımızın Azərbaycanla bağlı maraqları var. Britaniya isə qonşu dövlət olmasına baxmayaraq, əməkdaşlığa can atır. Strateji tərəfdaşlıq həm Böyük Britaniya üçün, həm də Azərbaycan üçün çox faydalıdır”.
Nigar Xəlilli
19:30 19.08.2026
Oxunuş sayı: 45