Ufadakı neft emalı zavodunda PUA hücumundan sonra yanğın baş verib
Rusiyanın Ufa şəhərində gecə saatlarında həyata keçirilən pilotsuz uçuş aparatı hücumundan sonra neft emalı zavodlarından birində kiçik yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov məlumat yayıb. Onun sözlərinə görə, mütəxəssislər hazırda müəssisəyə dəyən ziyanın miqyasını müəyyənləşdirirlər.
İlkin məlumata əsasən, pilotsuz uçuş aparatı təmir işləri aparılan neft emalı qurğusuna düşüb. Ufa şəhərinin meri vəzifəsini müvəqqəti icra edən Şaripov isə bildirib ki, şəhərə altı PUA ilə hücum edilib, onlardan dördü vurulub, biri isə sənaye zonasında yerə düşüb.
14:11 19.08.2026
Oxunuş sayı: 48