19:45 08.09.2026
Özbəkistan 35 yaşında: Azərbaycanla qurulan ittifaq regionu necə dəyişəcək?
16
Bu il Özbəkistan müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. Ölkə 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə mühüm inkişaf yolu keçərək Mərkəzi Asiyanın aparıcı dövlətlərindən birinə çevrilib. Son illərdə həyata keçirilən islahatlar və iqtisadiyyatın açılması Özbəkistanın həm regionda, həm də beynəlxalq müstəvidə mövqelərinin güclənməsinə şərait yaradıb. Bu dövrdə Azərbaycan-Özbəkistan münasibətləri də ardıcıl şəkildə inkişaf edib. İki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, logistika, enerji, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq genişlənib.