Kamal Abdulla: Dövlət nə qərar versə icra etməyə çalışacağıq
Azərbaycan Nazirlər Kabinetinin verdiyi vahid məktəbli forması haqqında qanundan sonra ölkədə bir neçə təxribat xarakterli çıxışlar olub. Belə ki, “islam” adı altında fəaliyyət göstərən müəyyən kiçik təşkilatlanmalar çaxnaşmalar yaradırlar. Bəs vahid məktəbli geyimi niyə bu qədər reaksiyaya səbəb olur?
Mövzuya münasibət bildirən Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Crossmedia.az-a açıqlamasında bildirib ki, dövlət nə qərar verirsə biz onu həyata keçirməyə çalışacayıq: “Mənim sözüm bu qədərdir, başqa şərhə ehtiyac yoxdur. Mən rektoram nə qərar verilsə, onu da icra edəcəm. Şərhlərlə insanların başını qatmaq olmaz. Qərar tam icra olunandan sonra müəyyən şərhlər verilə bilər”.
Ayhan
20:35 14.10.2026
Oxunuş sayı: 69