"Neftçi" FIBA Avropa Kubokunda Latviya klubuna uduzub
"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.
Crossmedia.az xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub - 94:110.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində keçirilib.
Qeyd edək ki, "Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.
22:13 14.10.2026
Oxunuş sayı: 53