CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

21:00 25.06.2025

Ölüm də düşmənçiliyi bitirə bilmədi: Zambiyanın sabiq prezidentinin dəfn mərasimi böhran yaratdı

62

Zambiyanın sabiq prezidenti Edqar Lungu-nun ölümündən sonra onun dəfn olunacağı yer ciddi siyasi və hüquqi qarşıdurmaya səbəb olub. Lungu ailəsi mərhumun Cənubi Afrika Respublikasında dəfn edilməsini istəsə də, Zambiya hökuməti onun vətəndə, dövlət mərasimi ilə dəfn olunmasında israrlıdır. Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Prezident Hakainde Hicilema ilə Lungu arasındakı köhnə düşmənçilik, bu böhrana daha da dərinlik qatıb. Ailənin iddiasına görə, Lungu ölümündən əvvəl Hicilema-nın onun cənazəsinə yaxınlaşmasını belə istəməyib və dövlət mərasimi əvəzinə sadə, ailəyə məxsus dəfn planlaşdırılıb. Hökumət isə bu qərara qarşı çıxaraq Cənubi Afrikada məhkəməyə müraciət edib və mərasimin dayandırılmasını tələb edib. Zambiya baş prokuroru Mulilo D. Kabesha, şəxsi istəklərin ictimai maraqlara üstün tutulmaması gərəkdiyini bildirib. O, mərhumun həyat yoldaşı və övladları da daxil olmaqla ailə üzvləri və dəfn xidmətləri göstərən şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Hadisə, Lungu və Hicilema arasında illərdir davam edən siyasi gərginliyin simvoluna çevrilib. Lungu-nun prezidentliyi dövründə Hicilema təqib olunmuş, hətta 100 gündən çox həbsdə saxlanılmışdı. Bu hadisələr, Zambiyada keçmişlə bu gün arasında uzanan siyasi uçurumun hələ də aradan qalxmadığını göstərir. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR