Rusiyada keçmiş general 12 il həbs cəzası alıb
Rusiyanın keçmiş müdafiə naziri kadr idarəsinin rəisi, general Yuri Kuznetsov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, Rusiya mediası bu barədə məlumat yayıb.
Məlumata görə, Kuznetsov təxminən dörd il əvvəl Krasnodar vilayətindən olan sahibkar Lyova Martirosyandan rüşvət alıb. Rüşvətin torpaq sahəsi və ev formasında verildiyi, ümumi dəyərinin təxminən 80 milyon rubl olduğu bildirilir.
2025-ci ilin oktyabrında isə məhkəmə Baş Prokurorluğun iddiası əsasında Kuznetsovun və ailə üzvlərinin ümumi dəyəri 500 milyon rubl olan əmlakının müsadirə edilməsinə qərar verib.
17:17 09.09.2026
Oxunuş sayı: 37