Trampın AfD dəstəyi Berlində narazılıq yaratdı
Almaniya kansleri Fridrix Merzin ABŞ Prezidenti Donald Trampla planlaşdırılan telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, Almaniya hökumətinin nümayəndəsi bu barədə məlumat yayıb.
Telefon danışığının təxirə salınmasının səbəbi açıqlanmayıb. Yeni danışıq tarixi də hələ müəyyən edilməyib.
Qərar Donald Trampın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) partiyasının uğurunu tərifləməsindən və Berlinin miqrasiya siyasətini tənqid etməsindən sonra verilib.
18:13 09.09.2026
Oxunuş sayı: 41