“Ferrari” alovlandı, rəqib pilot saniyələr içində köməyə yetişdi
Niderlandlı pilot Loek Hartog Şanxayda keçirilən China GT çempionatının mərhələsində qəza nəticəsində yanan “Ferrari”dən britaniyalı rəqibi Ollie Millroyu xilas edib.
Crossmedia.az xəbər verir ki, hadisə China GT çempionatının Şanxay mərhələsində baş verib.
Qəza zamanı britaniyalı pilot Ollie Millroyun idarə etdiyi bolid alovlanıb. Hadisəni görən Loek Hartog yarış avtomobilini saxlayaraq yanğınsöndürən götürüb və alovu söndürməyə çalışıb.
Daha sonra Hartog yanan avtomobilə yaxınlaşaraq Millroyu boliddən çıxarıb.
Qəza nəticəsində britaniyalı pilot altı qabırğası, körpücük sümüyü və biləyindən sınıqlar alıb. Həmçinin onun ağciyəri də zədələnib.
17:52 09.09.2026
Oxunuş sayı: 41