Polşada dəhşətli qəza: qatar yük maşını ilə toqquşdu
Polşanın şərqində sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Crossmedia.az xəbər verir ki, Polşanın Dövlət Yanğınsöndürmə Xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, qəza dəmir yolu keçidində baş verib. Sərnişin qatarı yük maşını ilə toqquşub.
Toqquşmadan sonra qatarın altı vaqonunun hamısı qismən relsdən çıxıb.
Dövlət Yanğınsöndürmə Xidmətinin məlumatına görə, yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır.
18:18 09.09.2026
Oxunuş sayı: 38