17:35 10.10.2026
Ukraynanın hava şarları vasitəsilə dron daşıdığı iddia olunur
103
Hərbi ekspert Yuri Knutov Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru buraxdığı hava şarlarından üç məqsədlə istifadə edə biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “aif.ru” nəşrinin məlumatına görə, ekspert hava şarlarının pilotsuz uçuş aparatlarının daşınması, onların hədəfə yönəldilməsi və radioelektron kəşfiyyat üçün istifadə oluna biləcəyini bildirib.
Knutovun sözlərinə görə, hava şarlarına “Hornet” tipli dronlar bərkidilə bilər. Onun iddiasına əsasən, bu aparatlarla təxminən 4-5 kilometr yüksəklikdə hərəkət edən şarlar vasitəsilə dronlar müəyyən ərazilərə çatdırılır və daha sonra hücum üçün buraxılır.