Ukraynada dövlət maliyyəsi kritik həddə yaxınlaşıb
Ukraynanın dövlət maliyyəsi ilə bağlı vəziyyət kritik həddə yaxınlaşıb və ölkə beynəlxalq maliyyə yardımının əhəmiyyətli hissəsini itirmək riski ilə üzləşir.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski bildirib. O, parlament deputatlarını beynəlxalq maliyyə yardımının alınması üçün zəruri qanun layihələrini mümkün qədər tez qəbul etməyə çağırıb.
Koretskinin sözlərinə görə, hökumət deputatlara və profil komitələrinə hər bir səsvermə üzrə dəqiq müddətləri əks etdirən qrafik təqdim edəcək. Müəyyən edilmiş müddətlərə əməl olunmasa, Ukrayna nəzərdə tutulan 29,5 milyard dollarlıq beynəlxalq maliyyələşmənin əhəmiyyətli hissəsini itirə bilər.
Baş nazir qeyd edib ki, hökumət üzərinə düşən 42 öhdəliyi tam yerinə yetirməyə hazırdır. İşlərin noyabrın 1-dək başa çatdırılması planlaşdırılsa da, hökumət prosesi sürətləndirərək bütün öhdəlikləri oktyabrın 15-dək yerinə yetirməyi qarşıya məqsəd qoyub.
22:57 14.09.2026
Oxunuş sayı: 49