Ukraynada 15 bank Mudranın girov ödənişindən imtina edib
Ukraynada 15 bank keçmiş Prezident Aparatı rəhbərinin müavini İrina Mudra üçün müəyyən edilən 20 milyon qrivnalıq girovun ödənilməsini qəbul etməyib.
Crossmedia.az xəbər verir ki, İrina Mudranın vəkili bu barədə məlumat verib.
Ukraynanın Ali Korrupsiya Məhkəməsi Mudranın müdafiəsinin şikayətini təmin edərək Milli Banka bankların girov ödənişini niyə qəbul etmədiyini araşdırmağı tapşırıb.
Məhkəmənin qərarı sentyabrın 24-də qəbul edilib.
21:32 25.09.2026
Oxunuş sayı: 40