Bu ölkə ABŞ şirkətlərinə SIZMAĞA BAŞLADI – Süni intellektdən istifadə edirlər
Şimali Koreyanın oğurlanmış şəxsiyyət məlumatları, süni intellekt və ABŞ-dakı vasitəçilərin köməyi ilə minlərlə IT əməkdaşını gizli şəkildə Amerika şirkətlərində işə yerləşdirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, ABŞ rəsmiləri və ekspertlər bu barədə məlumat veriblər.
Məlumata görə, Şimali Koreyalı əməkdaşlar işə qəbul prosesində saxta CV-lər hazırlamaq, müsahibə suallarına cavab vermək və hətta xarici görünüşlərini dəyişdirmək üçün süni intellektdən istifadə edirlər. Bəzi şəxslərin illik gəlirinin 300 min dollara çatdığı, qazancın 90 faizədək hissəsinin isə Şimali Koreyaya göndərildiyi qeyd olunur. ABŞ rəsmiləri və ekspertlərin hesablamalarına əsasən, bu sxem Pxenyana ildə 800 milyon dollara qədər gəlir gətirə bilər və əldə olunan vəsaitin nüvə və raket proqramları da daxil olmaqla hərbi layihələrin maliyyələşdirilməsində istifadə oluna biləcəyi bildirilir.
17:07 15.08.2026
Oxunuş sayı: 41