Embraer 190 təyyarəsinin hidrolik sistemi haqqında

Embraer 190 təyyarəsində üç müstəqil hidrolik sistem mövcuddur (Hidrolik Sistem 1, 2 və 3) Elektrik nasosları, mexaniki nasoslar və
qəza nasosları. Hər bir sistemdə təzyiq təxminən 3000 psi təşkil edir, bu da təyyarənin idarəetmə sistemlərinin yüksək dəqiqliklə işləməsini təmin edir. Hər bir hidrolik sistemdə təzyiqin, temperaturun və maye səviyyəsinin avtomatik-vizual monitorinqi həyata keçirilir. Sistemlərdə ehtiyat variantlar və avtomatik keçid mexanizmləri mövcuddur ki, bu da nasazlıqların təsirini minimuma endirir.
Xaricdən gələn zərbə (qəlpə) hara dəyərsə, hidrolik sistem sıradan çıxa bilər?
1. Qanadlarda olan hidrolik borulara, manifoldlara qəlpə dəysə, bu borular zədələnə bilər.
2. Spoylerlər və qanad mexanizmləri. Qəlpə bu mexanizmləri hərəkətə gətirən aktuatorlara dəyərsə, idarəetmə funksiyaları pozula bilər.
3. Füzelyajın alt tərəfi mühərriklərdən və ya elektrik nasoslarından gələn borular burada yerləşir. Bu hissəyə dəymiş qəlpə sistemin əsas təzyiq kanallarını poza bilər.
4. Quyruq hissəsində yerləşən yüksəklik və istiqamət stabilizatorları hansı ki quyruqda yerləşən aktuatorlar və borular, istiqamət və yüksəklik idarəsini təmin edir. Bu bölgəyə dəymiş qəlpə təyyarənin əsas idarəetmə funksiyalarını tamam şəkildə poza bilər. Təyyarənin daxilində və gövdəsindəki zədələri nəzərə alsaq əsas zərbə quyruq hissəsindən dəyib.
İlkin versiyalar belədir. Təyyarənin qəza enişi zamanı etdiyi məhdud manevrlar və pilotların şücaəti ilə mənzil qazanma çabaları onu göstərir ki, təyyarənin hidrolik sistemlərində problem olub. Qara qutunu gözləyək...
20:23 26.12.2024
Oxunuş sayı: 9993