Azərbaycan və Rusiya liderləri ikitərəfli münasibətləri müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev telefon danışığı aparıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Prezidentlər Rusiya-Azərbaycan əlaqələrinin konstruktiv xarakter daşıdığını və siyasi dialoqun fəallaşdığını qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişləndirilməsi niyyətini təsdiqləyiblər.
12:34 28.07.2026
Oxunuş sayı: 70