Ekspert: İranın mümkün raket zərbəsi Azərbaycandan asılıdır
İranın Ukrayna ərazisinə birbaşa raket zərbəsi endirmək ehtimalı azdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, hərbi ekspert Aleksey Seleznyov hesab edir ki, İran raketlərinin Ukrayna ərazisinə çatması üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan və Türkiyənin hava məkanından keçməsi lazım gələrdi.
Ekspertin fikrincə, Tehran belə bir riskə getmək istəməyə bilər.
“Raketlərin onların hava məkanından istifadəsi faktiki olaraq silahlı təcavüz aktı kimi qiymətləndirilə bilər. İstək başqa şeydir, imkan isə tamam başqa” – deyə Seleznyov bildirib.
Bununla yanaşı, ekspert İranı qiymətləndirməməyə çağırıb. Onun sözlərinə görə, İran hakimiyyəti diversiya və terror əməliyyatları həyata keçirmək sahəsində böyük təcrübəyə malikdir.
Seleznyov hesab edir ki, mümkün təxribatlar riskini də tamamilə istisna etmək olmaz.
20:12 27.07.2026
Oxunuş sayı: 50