Ekspert: Fedorovu yalnız bir kreslo maraqlandırır
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun Prezident tərəfindən təklif edilən yeni vəzifədən imtina etdiyi iddia olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyasi şərhçi Vladimir Tsibulkonun sözlərinə görə, Fedorov yalnız yenidən müdafiə naziri təyin olunacağı təqdirdə hakimiyyətə qayıtmağa razıdır.
Tsibulko bildirib ki, Prezident Fedorova təhlükəsizlik və müdafiə sektorunun texnoloji inkişafı istiqamətində fəaliyyətini davam etdirməyi təklif etsə də, bu təklif onun marağına səbəb olmayıb.
Ekspertin fikrincə, Müdafiə Nazirliyi vasitəsilə milyardlarla dəyərində müdafiə satınalmaları həyata keçirildiyindən, Fedorovun məhz bu posta qayıtmaqda israrlı olması onun motivləri ilə bağlı suallar doğurur.
Tsibulko eyni zamanda qeyd edib ki, müdafiə naziri vəzifəsi üçün daha uyğun namizəd general-mayor Yevgeni Xmara hesab olunur. Onun sözlərinə görə, Xmara döyüş təcrübəsinə malikdir və müharibə dövrünün tələblərinə daha çox cavab verir.
18:18 27.07.2026
Oxunuş sayı: 49