Naməlum şəxs Macarıstanın Baş nazirinin üzərinə tüpürüb
Macarıstanın Baş naziri Viktor Orbanın Budapeşt vağzalında ictimai şəkildə təhqir olunduğu bildirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, naməlum şəxs baş nazirə yaxınlaşaraq onun üzərinə tüpürüb. Hadisədən sonra Orbanın rəqibi, “Fides” partiyasının nümayəndəsi Peter Macar bildirib ki, burada hələ də Fides nümayəndələri qalıb.
Orban hadisəyə sakit reaksiya verib və polisə rəsmi şikayət etməkdən imtina edib.
Peter Macar belə hallara görə qəzəblənməmək lazım olduğunu deyib, nifrət hissi qalan insanlara qarşı anlayış göstərməyə çağırıb və Macarıstan cəmiyyətində aqressiyanın tezliklə aradan qalxacağına ümid etdiyini bildirib.
22:44 24.07.2026
Oxunuş sayı: 61