Kobaxidze: Gürcüstan Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə strateji coğrafi mövqeyi sayəsində çoxfunksiyalı regional mərkəz olmaq potensialına malikdir.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Tbilisi beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir və Asiya ölkələri, Mərkəzi Asiya dövlətləri, eləcə də Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir.
Kobaxidze qeyd edib ki, bir çox ölkə ilə azad ticarət sazişlərinin mövcudluğu və Gürcüstanın coğrafi mövqeyi xarici investorların cəlb edilməsi və iqtisadi əlaqələrin inkişafı üçün əlverişli baza yaradır.
“Gürcüstan müxtəlif ölkələr üçün regional mərkəzə çevrilə bilər”, – deyə Gürcüstan hökumət başçısı bildirib.
20:08 23.07.2026
Oxunuş sayı: 35