Azərbaycana gələn xarici turistlərin sayı 10 faizdən çox azalıb
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycana gələn xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.
Məlumata əsasən, hesabat dövründə ölkəyə 1,09 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
Azərbaycana ən çox gələnlər Rusiya (28,1 faiz), Türkiyə (21 faiz) və İran (8,2 faiz) vətəndaşları olub. Xarici qonaqların 71,1 faizi ölkəyə hava nəqliyyatı ilə daxil olub.
Eyni zamanda, hesabat dövründə Azərbaycan vətəndaşlarının xaricə səfərlərinin sayı da 5,1 faiz azalaraq 937,4 minə enib. Xarici səfərlərdə ən populyar istiqamət Türkiyə olub və bütün səfərlərin 41,5 faizi bu ölkənin payına düşüb.
14:42 23.07.2026
Oxunuş sayı: 29