74 ildən sonra faciəli təyyarənin qalıqları tapılıb
1952-ci ildə qəzaya uğrayaraq onlarla insanın həyatına son qoyan Clipper Endeavor təyyarəsinin qalıqları 74 ildən sonra Puerto-Riko sahillərində aşkarlanıb.
Crossmedia.az bu barədə ˝CNN˝-ə istinadən xəbər verir.
Təyyarənin qalıqları təxminən 610 metr dərinlikdə tapılıb. Bildirilib ki, qalıqlar suyun dibindən çıxarılmayacaq, çünki qəza yeri həlak olanların xatirəsinə məzar yeri hesab olunur.
Faciə 1952-ci il aprelin 11-də baş verib. Puerto-Rikodan Nyu-Yorka uçan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra mühərrik nasazlığı səbəbindən suya təcili eniş etməyə məcbur olub. Göyərtədə olan 64 sərnişin və 5 ekipaj üzvündən yalnız 17 nəfər sağ qala bilib.
23:32 22.07.2026
Oxunuş sayı: 47