İran Trampı neft qiymətlərini aşağı salmağa çalışmaqda ittiham etdi
İran ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla danışıqlara can atdığı barədə açıqlamalarını təkzib edərək, bu bəyanatların məqsədinin neft qiymətlərini aşağı salmaq olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
İran parlamentinin (Məclis) Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi, deputat Həsən Qaşqavi bildirib ki, ölkəsi ABŞ ilə danışıqları bərpa etməyə çalışmır.
“Trampın İranın guya danışıqlar aparmaq üçün müraciət etməsi ilə bağlı iddiası həqiqəti əks etdirmir. Onun davamlı yalanları artıq bazarları qısa müddətə belə sakitləşdirə bilmir”, – deyə Qaşqavi "X" sosial şəbəkəsində yazıb.
Deputat ABŞ prezidentinə “düşdüyü bataqlıqdan çıxmaq üçün daha təsirli yollar axtarmağı” tövsiyə edib.
14:57 22.07.2026
Oxunuş sayı: 47