“Beşiktaş”da seçki tarixi bəlli oldu
“Beşiktaş” klubunda növbədənkənar seçki qurultayının ikinci və son iclasının 4 oktyabrda keçirilməsi qərara alınıb.
Crossmedia.az xəbər verir ki, “Beşiktaş” bu barədə məlumat yayıb.
Klubun İdarə Heyəti sentyabrın 8-də Tüpraş stadionunda keçirilən iclasda növbədənkənar seçki qurultayının keçirilməsi barədə qərar qəbul edib.
İlk toplantı sentyabrın 27-də baş tutacaq. Həmin gün yetərsay təmin olunmadığı təqdirdə ikinci və son toplantı 4 oktyabr bazar günü, iştirakçıların sayından asılı olmayaraq keçiriləcək.
İclasda 1 iyun 2025 – 31 may 2026 dövrünü əhatə edən növbəti inzibati və maliyyə qurultayının tarixi də müəyyənləşdirilib.
Bu toplantının ilk iclası sentyabrın 26-da keçiriləcək. Yetərsay olmadığı halda ikinci və son iclas oktyabrın 3-də, yetərsay tələbi olmadan təşkil olunacaq.
Klub hər iki toplantı ilə bağlı ətraflı məlumatın daha sonra açıqlanacağını bildirib.
20:43 08.09.2026
Oxunuş sayı: 43