İran səfirliyi Trampı ələ saldı
İranın Syerra-Leonedəki səfirliyi ABŞ Prezidenti Donald Trampı ələ salan paylaşım yayıb.
Crossmedia.az xəbər verir ki, İranın Syerra-Leonedəki səfirliyi bu barədə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda Kanada və Meksikanın təsvir olunduğu fotoşəkildən istifadə edilib.
Şəklin üzərində “Nəhayət, Kanada və Meksika dünyadakı ən böyük problemi həll etdilər” ifadəsi yazılıb.
Paylaşımın Trampın siyasətinə və ABŞ-nin Kanada və Meksika ilə münasibətlərinə istehzalı mesaj kimi təqdim edildiyi bildirilir.
22:37 08.09.2026
Oxunuş sayı: 48