Rusiya-Ermənistan əlaqələri ailəyə bənzədildi
Rusiya və Ermənistan arasındakı münasibətlər müxtəlif mərhələlərdən keçsə də, iki ölkə arasında əlaqələrin böyük ailə münasibətlərinə bənzədiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya ilə bağlı açıqlamanı “Rossotrudniçestvo”nun rəhbəri Sergey Çayka verib.
Çaykanın sözlərinə görə, Rusiya və Ermənistan arasında münasibətlər “böyük ailədə olduğu kimi” müxtəlif xarakter daşıya bilər.
O, bununla iki ölkə arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyinə işarə edib.
19:53 08.09.2026
Oxunuş sayı: 46