Trampdan İranla bağlı yeni açıqlama
ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan dəniz blokadası barədə danışaraq Tehranın ağır şəkildə cəzalandırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tramp Vaşinqtonda keçirilən tədbirdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının və dəniz blokadasının təsirli olduğunu deyib.
“İran ağır şəkildə cəzalandırılıb. Biz həqiqətən də onları ciddi şəkildə hədəfə almışıq”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini vurğulayıb.
ABŞ Prezidenti İrana qarşı dəniz blokadasını “çox güclü və çox effektiv” tədbir kimi qiymətləndirib və ABŞ-ın gücünü xüsusi olaraq vurğulayıb.
20:57 08.09.2026
Oxunuş sayı: 49