Lavrovdan Qərbə və Ukraynaya dair diqqətçəkən açıqlama
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Ukraynanın 1991-ci il sərhədlərinin bərpasını istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Sergey Lavrov bu barədə açıqlama verib.
Lavrovun sözlərinə görə, belə bir ssenari reallaşarsa, həmin ərazilərdə yaşayan və özünü rus mədəniyyəti ilə əlaqələndirən insanlar təzyiqlə üzləşə bilər.
Rusiya XİN rəhbəri Qərbdə Ukraynanın ərazi bütövlüyü məsələsinə daha realist yanaşan qüvvələrin də olduğunu bildirib.
23:02 08.09.2026
Oxunuş sayı: 44