Pakistan Səudiyyənin təhlükəsizliyinə dəstəyini təsdiqlədi
Pakistanın Baş naziri Şahbaz Şərif husilərin Səudiyyə Ərəbistanında mülki və enerji obyektlərinə hücumunu “qorxaq hücum” adlandıraraq pisləyib.
Crossmedia.az xəbər verir ki, Şahbaz Şərif bu barədə X hesabında paylaşım edib.
Baş nazir hücum nəticəsində çox sayda insanın zərər çəkdiyini bildirib və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud, vəliəhd Məhəmməd bin Salman və ölkə xalqı ilə həmrəy olduqlarını vurğulayıb.
Şahbaz Şərif qeyd edib ki, bu cür hücumlar günahsız insanların həyatını, eləcə də regionda sülh və təhlükəsizliyi təhdid edir.
O, Pakistanın Səudiyyə Ərəbistanının suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini bildirib və hücumlarda xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, Pakistan Səudiyyə Ərəbistanı ilə Məkkə Müdafiə Alyansı çərçivəsində öhdəliklərlə bağlıdır.
22:13 08.09.2026
Oxunuş sayı: 47