Balaxanıda yanğın məhdudlaşdırıldı
Sabunçu rayonunun Balaxanı qəsəbəsində obyektdə baş verən yanğının genişlənməsinin qarşısı alınıb. Crossmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ müdaxiləsi nəticəsində yanğın məhdudlaşdırılıb.
Hazırda alovun tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
21:09 08.09.2026
Oxunuş sayı: 53