Beynəlxalq Forum iştirakçıları Şuşaya səfər edəcəklər
VII Forum iştirakçıları Şuşaya səfər edəcəklər.
Crossmedia.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov 27–29 oktyabr tarixlərində Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Nazir müavini bildirib ki, Forumun proqramına uyğun olaraq oktyabrın 29-da iştirakçılar işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa və Füzuliyə səfər edəcəklər.
O qeyd edib ki, Şuşanın beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. Şəhər 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Nazir müavininin sözlərinə görə, Şuşada beynəlxalq musiqi festivalları və ədəbi tədbirlər keçirilir, həmçinin şəhərin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşması beynəlxalq əlaqələrin inkişafına töhfə verir.
O əlavə edib ki, Şuşanın tarixi hissəsi bu ilin fevralında İslam irsi siyahısına daxil edilib.(APA)
12:47 26.10.2026
Oxunuş sayı: 58