Zelenski Fedorovla əlaqəsinin kəsildiyini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fedorovun istefasından və ölkədən getməsindən sonra onunla münasibətləri barədə ilk dəfə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, “RBK-Ukrayna” bu barədə məlumat yayıb.
Zelenski Fedorovla uzun müddətdir əlaqə saxlamadığını bildirib. O, sabiq nazirin xaricdə olduğunu bildiyini deyərək, “Açığı, onu çoxdan görməmişəm, eşitməmişəm. Bilirəm ki, haradasa xaricdə olub. Necə deyərlər, zəng etmir, yazmır”, – deyə qeyd edib.
Mixail Fedorov 2026-cı ilin yanvarından iyuluna qədər, yəni altı ay müddətində Ukraynanın müdafiə naziri vəzifəsini tutub.
Bundan əvvəl Fedorov Ukraynanın baş nazir müavini – rəqəmsal transformasiya naziri vəzifəsində çalışıb. O, Zelenskinin prezidentliyi dövründə hökumətdə ən uzun müddət vəzifədə qalan şəxslərdən biri olub.
Fedorovun istefasından sonra Zelenski onun hakimiyyətdə fəaliyyətini davam etdirməsi üçün müxtəlif vəzifələr təklif etdiyini, o cümlədən Ukraynanın baş nazir müavini postunu irəli sürdüyünü bildirib.
Lakin Fedorov bu təkliflərdən imtina edərək əvvəlki vəzifəsinə qayıtmaq istədiyini açıqlayıb.
20:06 08.09.2026
Oxunuş sayı: 45